4 Mart 08:56
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Muhteşem Yüzyıl” serialının ulduzu Burak Özçivit türk seriallarının uğur qazanmasının sirrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, aktyor bu barədə Rusiyada keçirilən Dünya Gənclik Festivalında danışıb.

O, Türkiyə kino sənayesini istehsal həcminə görə dünyada liderlərdən biri adlandırıb. Özçivitin fikrincə, populyarlıq türk seriallarının yaradıcılarının çəkiliş zamanı əks etdirdikləri hisslərin səmimiliyi ilə izah olunur.

“Seriallarımızla bütün dünyaya sevgi mesajımızı çatdıra bilərik, sevgi ən vacib şeydir, bizə qəlblərə toxunmağa imkan verən ilk hissdir. Qlobal olaraq bütün insanlar eyni dəyərlərə malikdir, sevgi qlobal bir gücdür”, - Özçivit vurğulayıb.


Müəllif: Teleqraf.com