4 Mart 14:35
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu “Maqazin plyus” verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu şəxşi biznesinin olmadığını deyib: "Sabahımdan narahat adamam, amma iş baxımından yox... Mənim etdiyim yeniliklər bəzən maddi qazancımı azaldıb, amma nəticə olaraq keyfiyyətli iş təqdim etmişəm. İşlə bağlı o qədər də qorxum yoxdur, çünki millət, xalq həmişə bizi qoruyacaq. Şəxsi biznesim yoxdur, amma düşünürəm".

Namiq Qaraçuxurlu özünü "ulduz həyatı"na alışdırmadığını deyib: "Mən “ulduz həyatı” yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Çünki çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, madiyyat və bu şərait olmayanda mənə pis təsir etməsin. Bəzi məqamlar var ki, orada qoyduğum qaydalardan çıxmıram. Məsələn, öz dostumun məclisində necə ulduzluq edə bilərəm ki? Elə bir şey ola bilməz. Gördüyünüz kimi, dostumun məclisinə tək gəlib, tək də gedirəm. 10 nəfər yanımda gətirim kimi şeylər ola bilməz”.

Sənətçi 500 minlik dəyərində idarə etdiyi “Bentley” markalı avtomobilindən danışıb:

“Bahalı avtomibil idarə etməyi ulduz olmaqla əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda da ulduzluqdan əsər-əlamət yoxdur. Və yaxuda bahalı avtomobil idarə edən biznesmenlərimiz var ki, onlar ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bunlar heç vaxt vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. “Bentley ” avtomobilimi arada sürürəm. Məni yaxşı tanıyırlar. Həmişə nə sürsəm də sadə davranıram".

Meyxanaçı sənətdən uzaqlaşmaq istəyinə də toxunub: “Hərdən ağlıma gəlir ki, 5 və yaxud 10 ildən sonra bu sənətdən gedim. Bəzən adam yorulur. Hələlik elə bir fikrim yoxdur”.



Müəllif: Rəqsanə Həsənova