12 Mart 19:16
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Madonnanın Los-Ancelesdə konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Madonna konserti zamanı səhnədən onu dinləməyə gələn pərəstişkarına "Niyə oturursunuz, ayağa qalxmırsınız?" sualı ilə müraciət edib.

Madonna pərəstişkarının fiziki məhdudiyyətli olduğunu və əlil arabasında oturduğunu görəndə ondan üzr istəyib: "Bağışlayın, bunu fərqinə varmadım. Burada olduğunuza sevindim".


Müəllif: Rəqsanə Həsənova