Türkiyənin "Show TV" kanalında yayımlanan "Kızılcık Şerbeti" serialından iki aktyor ayrılıb.
Teleqraf.com xəbər verir ki, serialda Ərtoğrul obrazını canlandıran Kayra Şenocak və Ərtoğrulun qızı Mihri obrazını canlandıran istedadlı gənc ulduz Gizem Yanık vida edəcək. Hər iki məşhurun hekayələrinin serialın 55-ci bölümdə bitəcəyi bildirilib.
"Kızılcık Şerbeti"nin mövsüm finalı iyunun 7-ə planlaşdırırılıb.