Xalq artisti Emin Ağalarov Moskvada iş adamı olan atası Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədildikdən sonra Rusiyanl tərk etməsi ilə bağlı yayılan xəbərə reaksiya göstərib.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Moskvadayam, hətta ötən gün faciə baş verən məkanda idim. Saxta xəbərlərə inanmayın".
Qeyd edək ki, martın 22-də Moskvada "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində həlak olanlar və xəsarət alanlar var.