9 May 21:37
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nigar Şabanova Xəzər televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nigar Şabanova toy mərasimində ad çəkmədən fonoqrama ifa edən müğənnini tənqid edib:

"Ötən gün toy mərasimində idim. Orada başqa müğənnilər də iştirak edirdi. Amma sənətkar dediyimiz xanım toy mərasimində 40 dəqiqə ancaq fonoqrama oxudu, mən də bir saatlıq getmişdim. Aparıcı mənə yaxınlaşdı ki, bəylə-gəlin rəqs edəcək, bəlkə lirik bir mahnını fonoqrama ifa edəsiniz. Ona cavab verdim ki, mən camaatı aldata bilmərəm. Mənə o qədər təsir etdi ki...Düşündüm ki, insanlar o qədərmi puldan beziblər?.. Həmin müğənninin fonoqrama ifasını disklə də dinləyə bilərsiniz. O müğənni estrada ulduzu da deyil. Xalq artistləri Aygün Kazımova və Röya Ayxan toy mərasimlərinə öz ansamblları ilə gedərək canlı ifa edirlər".


Müəllif: Rəqsanə Həsənova