9 May 23:36
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Kalben məhkəmə nəzarəti şəraitində sərbəst buraxılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ötən gün narkotikə görə saxlanılmışdı.

38 yaşlı musiqiçi sosial şəbəkə hesabında video paylaşaraq vəziyyəti ilə bağlı məlumat verib.

“İctimaiyyəti belə yayındırdığım üçün üzr istəyirəm” deyən Kalben daha yaxşı olmağa çalışacağını bildirib:

"Küçələrdə, konsertlərdə, festivallarda, kitab imza mərasimlərində rastlaşdıqlarım, həm yaxşı, həm də kədərli günlərimi paylaşdığım, ümidinə, sevgisinə, həmrəyliyinə dəyər verdiyim insanlar. Səhhətim üçün narahat olmanızı istəmirəm. Dəyərli ictimaiyyəti bu şəkildə yayındırdığım üçün üzr istəyirəm. Ailəmin, sevdiklərimin, qohumlarımın yanındayam. Mən yaxşıyam, yaxşı da olacam. Mən həmişə daha yaxşı olmağa çalışıram və çalışacağam".


Müəllif: Pərvin Cəfərova