10 May 01:16
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsində ikinci yarımfinal mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, "Avroviziya-2024"-ün finalına Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan vəsiqə qazanıb.

Müsabiqənin birinci yarımfinalından isə finala Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq adlaya bilmişdi.

Finala birbaşa vəsiqə qazanan ölkələr isə İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

***

23:07

"Avroviziya 2024" Mahnı Müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Teleqraf.com xəbər verir ki, ikinci yarımfinalda müxtəlif ölkələrdən 16 iştirakçı öz musiqi parçalarını təqdim edəcəklər.

İştirakçılar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Niderland, Norveç, Latviya, San Marinonu təmsil edirlər.

Böyük beşlik ölkələri xüsusilə İtaliya, İspaniya və Fransa da bu gün çıxış edəcək. Amma onlar finala vəsiqə uğrunda mübarizə aparmayacaqlar, çünki müsabiqənin təsisçiləri kimi finala birbaşa vəsiqə qazanırlar.

Qeyd edək ki, yarışmanın finalı mayın 11-də olacaq.

Bu il Azərbaycanı yarışmada təmsil edən Fahree və İlkin Dövlətöv finala vəsiqə qazana bilməyiblər.


Müəllif: Pərvin Cəfərova