22 Noyabr 2015 08:38
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

TV 8-də yayımlanan məşhur "O səs Türkiyə" yarışmasının növbəti azərbaycanlı iştirakçısı müğənni Zemfira İbrahimova olub.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz "Yastayım" mahnısını səsləndirib.

Münsif kürsüsündə oturan Murad Boz, Hadisə, Gökhan və Hakan qardaşları Zemfira üçün dönüb.

"İllərdi yarışmanı izləyirəm. Bura gələndə ağlımda bir ad var idi" deyən Z.İbrahimova Gökhan-Hakanı seçib.

İfaçı daha sonra "Bu ayrılıq nədən oldu" mahnısını səsləndirib.

Qeyd edək ki, müğənni Ebru Gündeş də "O səs Türkiyə"nin münsiflərindəndir.


Müəllif: