Türkiyənin Samsun şəhərində horman çatışmazlığı səbəbindən 2 yaşlı Yağız adlı uşaq sürətlə kökələrək 37 kiloqram olub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, uşağın dərmanlarının qiyməti 4 min dollardan çox olduğu üçün ailə problemlə üzləşib.
Belədə ailə dövlətdən yardım istəyib. Onların müraciəti gündəmə gəldikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dərmanların xaricidən gətilməsinə göstəriş verib.
2 yaşlı uşaq dərmandan istifadə etdikdən sonra 1 ay ərzində 3 kiloqram arıqlayıb.