18 Aprel 2018 08:19
3 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sədəf (dəmro) xəstəliyindən əziyyət çəkən ispan Celia Martinez model olmağı düşünür.

Teleqraf.com xəbər verir ki, 16 yaşında dərisində yaranan qırmızı sızanaqlar Martinezin hazırda bədəninin 90 faizinə yayılıb.

İlk illər bundan qorxuya düşən və psixoloji sarsıntılar keçirən Celia Martinez sonradan xəstəliyə alışıb.

Bədənində daim qaşınma və istilik olduğunu deyən qadın model olmağı qarşısına məqsəd qoyub. O, bununla xəstəlikdən əziyyət çəkən xanımlara dəstək olmağı qarşısına məqsəd qoyub.

Sədəf xəstəliyi bütün dünyada geniş yayılıb. Səbəbi bilinmir. Xəstəliyin irsi, ekoloji və yoluxma xarakterli olduğu bildirilir. Tam müalicəsi bu günə qədər mümkün olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər