20 Oktyabr 2019 22:22
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya çempionatının səkkizinci turunda Milanın “İnter” klubu ilə “Sassuolo” qarşılaşmasında maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, birinci hissənin sonunda “İnter” penalti vurmağa hazırlaşarkən qəflətən “Mapei” stadionuna paraşütçü enib. İtaliya mətbuatının məlumatına görə, paraşütçü səhvən burada eniş edib.

Qeyd edək ki, oyun 4:3 hesabla "İnter"in xeyrinə nəticələnib.


Müəllif: Teleqraf.com