17 Mart 2020 09:05
57 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-də uzun illər qadınların xüsusi xidmət orqanlarında rolu ilə bağlı mübahisələr olub. Qadınların Sovet kəşfiyyatındakı (KQB) fəaliyyətləri az-çox hər kəsə bəllidir, amma… Keçmiş kəşfiyyatçı Rixar Zorgeyə görə, bir qadının xarakteri, xüsusən həssaslığı və emosionallığı siyasət və müharibənin incəliklərini anlaya bilmədiyi üçün xüsusi xidmətlərə yararsız idi. Zorge hesab edir ki, bu cür işlər üçün sırf kişi keyfiyyətlərinə ehtiyac duyulurdu - risk və özünü idarə etmək bacarığına görə.

Amma qadınların zəif cəhətləri çox vaxt onlar üçün təsirli alətlərə çevrilir. Nəticədə “Soyuq müharibə” dövründə qadınlar xarici kəşfiyyat işlərinə qarışdılar.

Teleqraf.com Sovet kəşfiyyatının qadın casusları haqda yazını təqdim edir.

Bəzi məlumatlara görə, KQB əməkdaşlarının 14% -i qadınlar idi. Kəşfiyyat sıralarına götürülən qadınlara tələblər yüksəkdi: onlardan təmkinli, psixoloji cəhətdən güclü olmaları, hətta evlərindən uzaq durmaları tələb edilirdi. Əsas işlər kəşfiyyat və analitika sahələrində idi, amma qadınlar da rəhbər vəzifələr tuta bilərdilər. Məsələn, Qalina Smirnova bir bölmənin polkovniki idi. Ancaq qadın araşdırmaçılar və əməliyyatçılar yox idi, bunun çox ağır iş olduğuna inanılırdı. Maaş kişilərdəki kimi - 310-360 rubl idi.

Reyxmarşalın yoldan çıxarılması

İş üçün xarici, cəlbedici görünüş, müxtəlif dilləri bilmə, psixologiya və sənət bilikləri vacib idi. Olqa Çexova bunun bariz nümunəsidir. İstedadlı bir aktrisa kimi reyxmarşal Herman Qeringlə yaxın olmağı bacardı, onun ətrafındakı pərəstişkarlarından lazım olan məlumatları ala bildi. Onların arasında hətta Jozef Göbbels də vardı. Tarixçilər dünyada ən peşəkar qadın xüsusi xidmət orqanları əməkdaşlarının SSRİ-də olduğunu iddia edirlər. Hətta bununla bağlı çox sayda kitabda da yazılıb ki, SSRİ kəşfiyyatı bu işlər üçün daha çox cazibədar və gözəl qadınlara üstünlük verir.

İşə götürülən qadınların şəxsi fəaliyyətləri tamamilə məhdudlaşdırılır, onları bədənlərinin əsas silah olduğuna inandırır və ən etibarlı əsgərə çevirirdilər. Gizli xidmət qadınlara deyil, həm də homoseksual kişilərə xüsusi təlimlərin və dərslərin keçirildiyi məktəb də təşkil etmişdi. “Sovetin məsum qadını” “vətənin rifahı” naminə dəyişirdi. Bu dəyişiklik “təsadüfi tanışlıq”la başlayıb şantajla bitən bir proses idi.

“Gecə qaranquşları”

SSRİ xüsusi xidmət orqanlarında çalışan və əcnəbilərlə işləyən qadınlar “gecə qaranquşları” adlandırılırdı. İşlər gizli video çəkilişləri və otel otaqlarında gizli dinləmə qurğularının köməyi ilə aparılırdı. Kəşfiyyat əməliyyatlarının hamısı böyük otellərdə aparılırdı və hədəfə alınan şəxslər də KQB-nin qadın casusları tərəfindən bura cəlb olunurdu. Otellərin seçilməsi təsadüfi deyildi, çünki SSRİ-də fahişəxanalar yox idi. Amma Almaniya Federativ Respublikasında fəaliyyət göstərən belə salonlar mövcud idi və Sovet casusları da orada çalışırdılar.

İşə yaramayan şantajlar

Bəzən isə işlər planlaşdırıldığı kimi getmirdi. Məsələn, KQB-nin Şeviç adlı bir qadın casusu Sovet kəşfiyyatını aldatdı. O, tapşırığa əsasən amerikalı milyonçunu yoldan çıxararaq KQB üçün məlumat toplamalı idi. Amma qadın casus gözlənilənin əksinə olaraq, milyonçu ilə ABŞ-a qaçdı. Əlbəttə bu yeganə olay deyildi, KQB tarixində onlarla belə fakt var.

Bəzən şantaj da işə yaramırdı. Məsələn, İndoneziya Prezidenti Əhməd Sukarno onun KQB-nin qadın casusları ilə çəkilmiş gizli intim videodan çəkinmədi. Əksinə, KQB-dən bu videogörüntünün bir neçə nüsxəsini istədi və film kimi bütün dünyaya, o cümlədən İndoneziya xalqına nümayiş etdirəcəyini bildirdi.

KQB-nin qadınlara tapşırdığı başqa bir iş operatorluq idi. Belə qadın casuslar əcnəbi diplomatları dinləməklə məşğul olurdular. Olduqca ciddi bir iş sayılırdı – çox vaxt bir neçə yüz fərqli səsləri ayırd etmək, düzəltmək və stenoqrafiya etmək lazım gəlirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər