Almaniya Aerokosmik Mərkəzinin Planet Tədqiqatları İnstitutunun astronomları yeni planet kəşf ediblər.
Teleqraf.com xəbər verir ki, GJ 367 b adlı planetdə müşahidələrini davam etdirən alimlər burada 1 ilin cəmi 8 saat davam etdiyini açıqlayıblar.
Planet Yerdən çox kiçikdir və ulduzuna o qədər yaxındır ki, öz orbiti ətrafındakı dövrəsini 8 saata tamamlayır. Beləliklə, GJ 367 b adlanan bu planetə öz dövrəsini başa vurmaq üçün 1 ilə sadəcə 8 saat vaxt lazımdır.
GJ 367 b-nin Yerin kütləsinin yarısı qədər, Marsdan bir qədər böyük olduğu üzə çıxıb. Bu, onun indiyə qədər kəşf edilmiş əksər ekzoplanetlərdən daha kiçik olduğunu göstərir. Planetin səthinin bərk olduğu da diqqətə çatdırılıb.
Yerlə oxşar cəhətləri olsa da, burada həyat mümkün deyil. Çünki bu planetdə səthin temperaturu dəmiri demək olar ki, buxarlandıracaq qədər yüksəkdir. Planetin ulduzu günəşdən daha kiçik və soyuqdur, lakin aralarındakı məsafə çox qısa olduğu üçün planetin temperaturu 2700 dərəcə fahrenheytə (1482 selsi) qədər çata bilir.