9 Sentyabr 2023 23:19
2 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder və sahibkar İlon Maskın X sosial şəbəkəsi (keçmiş Twitter) Kaliforniyanı ştatın moderasiya qanununa görə məhkəməyə verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, X şirkəti qanunun Konstitusiyanın Söz Azadlığı Maddəsi ilə qorunan daxili qərarlarına müdaxilə etdiyini iddia edərək Sakramento federal məhkəməsində iddia qaldırdı. İddiaçının sözlərinə görə, qanunun “əsl məqsədi” sosial media şirkətlərinə hökumətin nöqteyi-nəzərindən problemli məzmunu silmək üçün təzyiq göstərməkdir.

Cavab olaraq, Kaliforniya qubernatoru Qavin Nyusom qanunun ictimaiyyəti qorumaq üçün hazırlandığını bildirib.


Müəllif: Pərvin Cəfərova