8 May 22:41
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York 2024-cü ildə dünyanın ən zəngin şəhərlərinin reytinqində lider olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.

Qeyd olunur ki, paytaxt sakinlərinin ümumi sərvəti 3 trilyon dolları keçib və hər 24-cü şəhər sakininin kapitalı 1 milyon dollardan çoxdur.

Araşdırmaya görə, Nyu- Yorkda 350 minə yaxın milyonçu var.

Bundan əlavə, Nyu-Yorkda sərvətləri 100 milyon dollardan çox olan 60 milyarder var.

Reytinqdə ikinci yeri 305,7 min milyonçu ilə (10 il ərzində 82% artım) San-Fransisko Körfəz Bölgəsi tutub. Üçüncü yerdə Tokio (298,3 min, mənfi 5%), üçüncü yerdə Sinqapur (244,8 min, üstəgəl 64%) və London (227 min, mənfi 10%) qərarlaşıb.


Müəllif: Pərvin Cəfərova