27 Avqust 2020 12:11
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, spikerin imzaladığı sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib.

İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.

Bununla yanaşı, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar iclas zalı və müstəqil Azərbaycanın memarı olan ümumilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.


Müəllif: Cavad

Oxşar xəbərlər