İyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Baş Prokurorluğun keçirdiyi sual-cavab sessiyasında bildirilib.
Xatırladaq ki, bu il iyulun 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədilib. İyulun 17-dək davam edən təxribat nəticəsində Tovuzda 35 evə ciddi ziyan dəyib, 1 nəfər mülki şəxs qətlə yetirlib.