"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Nəticədə Azərbaycan hərbçiləri və mülki şəxsləri yaralanıb".
Bunu Xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum həyata keçirib: "Bu hadisə baş verəndən dərhal sonra Azərbaycan Prezidenti xalqa müraciət edib. XİN-də bununla bağlı rəsmi bəyanat yayıb və beynəlxalq təşkilatlara çatdırıb"./Report/