Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imzalanan üçtərəfli bəyanat uğurla yerinə yetirilir.
Teleqraf.com RİA-Novosti-yə istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, bu, Bakı və İrəvanın münaqişəyə son qoyulmasına hazır olduğundan xəbər verir.
Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün Bakıya səfərə gəlib. O, bundan əvvəl Ermənistanda olub.