20 İyul 2021 13:11
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun "tvitter" hesabı məlumat yayıb.

Belə ki, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər