10 Fevral 2022 16:47
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən quruma 2 516 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, “Dövlət ehtiyatları haqqında” qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər