11 Fevral 2022 10:10
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk".

Teleqraf.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda öz əksini tapıb.

"Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir", - məktubda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər