3 Mart 2022 15:49
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlət başçısı özünün Tacikistan Prezidenti Emoməli Rəhmonla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Rüstəm Emoməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib.

Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Emoməli Rəhmona çatdırmağı xahiş edib.

* * *

14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər