Prezident İlham Əliyevin bu gün təltif etdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan 7 hərbçinin adı da var.
Teleqraf.com xəbər verir ki, təltif edilən sərhədçi şəhidlər aşağıdakılardır:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)
“Vətən uğrunda” medalı ilə
Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)
Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)
Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)
Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)
Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)
Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)
Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.