4 Oktyabr 13:45
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən deyib.

"Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq", - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com