24 Oktyabr 2022 14:58
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var".

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirib.

"Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var: enerji resursları, nəqliyyat dəhlizləri. Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və bu prosesə biz start vermişik. Çünki Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var dünyada. Həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yeni nəqliyyat yolları bütün yol boyunca yerləşən ölkələrin maraqlarına cavab verir", - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər