15 Noyabr 2022 16:12
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı deyib.

"Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayırlar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş bir çox Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişdilər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir", - Azərbaycan Prezidenti vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər