Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 6 mart 2023-ci il tarixli Sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdimetmə mərasimində məlumat verilib.
Təbrik məktubunu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.