27 İyun 2023 16:59
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yeni rəis müavini təyin edilib.

Teleqraf.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Əkbər Əli oğlu Quliyev agentliyə rəis müavini təyin olunub.

Qeyd edək ki, Əkbər Quliyev sözügedən agentlikdə baş məsləhətçi vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi çalışıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər