28 İyul 2023 13:07
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər