20 Sentyabr 2023 20:48
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər