4 Aprel 17:07
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”.


Müəllif: Teleqraf.com