10 May 20:48
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi Nigerdən bütün hərbi personalını geri çəkməyə qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

ABŞ ordusunun yaxın bir neçə ay ərzində Afrika ölkəsini tərk edəcəyi gözlənilir.

Aprel ayında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ qoşunlarının Nigerdən çıxarılması nizamlı və məsuliyyətli olmalıdır. O, həmçinin vurğulayıb ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell bu ölkənin hakimiyyət orqanları ilə əməkdaşlığı müzakirə etmək üçün tezliklə Nigerə səfər edəcək.


Müəllif: Pərvin Cəfərova