10 May 11:57
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda hakimiyyət əleyhinə mitinq keçirən yepiskop Baqrat Qalstanyan sabiq prezident Robert Köçəryanla həyatında bir dəfə görüşdüyünü iddia edib.

Teleqraf.com xəbər verir ki, keşiş görüşün 2001-ci ildə baş tutduğunu, cəmi beş dəqiqə söhbət etdiklərini bildirib.

Qalstanyan qeyd edib ki, Köçəryanla baş nazirliyə namizəd olmaq məsələsini nə danışıb, nə də müzakirə edib.

Jurnalistin “keçmiş ombudsman Arman Tatoyanın adı müzakirə edilirmi” sualına yepiskop bunun mümkün olduğunu söyləyib:

“Hər şey mümkündür, insanlar mənim adımı da müzakirə edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu