19 İyun 17:37
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bu barədə Teleqraf.com-a Azərbaycan xarici işlər nazirliyindən məlumat verilib.

Nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli razılıqlar və tapşırıqlardan irəli gələrək, nazir Ceyhun Bayramovun ötən ayın sonu Pakistana həyata keçirilmiş rəsmi səfərinin nəticələri və əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər