Qarabağ müharibəsindən sonra erməni cəbhəsindəki məğlubiyyət ordunu çökmə nöqtəsinə gətirib. Rəsmi məlumatlara görə, 10 min əsgər fərarilik edib. Qarabağ müharibəsində ən azı 6 min erməni hərbçisi öldürülüb, 12 min nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Qəzetin məlumatına görə, müharibədən əvvəl hərbi qüvvə sayı 45 min olan Ermənistan ordusunun sayı savaşdan sonra 15-18 minə düşüb.
Nəşr müharibədə Azərbaycana məğlub olan Ermənistanın Qarabağda yerləşdirilən VOMA, “Yerparak” və ASALA kimi terror təşkilatlarını yenidən diriltməyə çalışdığını bildirib.
Qəzetin iddiasına görə, terror təşkilatları Qarabağdan kənarda da Türkiyə və Azərbaycanı hədəfə almağa hazırlaşır.