24 May 2022 14:10
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşü normal keçib. Ola bilsin ki, çox şey Rusiyada olan vəziyyətdən asılıdır. Əgər Rusiyada biz istədiyimiz vəziyyət olacaqsa, bunun müsbət tərəflərini görəcəyik. Amma bu gün çox şey Kremldən asılıdır. Hələlik əsas oyunçu Rusiyadır. İndi hamı gözləyir ki, Rusiyanın yaratdığı proses və ya müharibə nə ilə başa çatacaq”.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

Əli Abbasov əlavə edib ki, indi get-gedə Rusiyanın mövqelərini itirməsi müşahidə edilir:

"Rusiya zəifləməyə doğru gedəcək. Keçən dövrün vəziyyəti, 1990-cı illərdə elə olmuşdu ki, Rusiyanın imkanı olmurdu ki, başqa dövlətlər və problemlərlə məşğul olsun. İndi buna oxşar vəziyyət yaranır. Güman ki, belə də olacaq. Mən belə anlayıram ki, yayda Ukrayna ilə bağlı yaranan proseslər sürətlə gedəcək. İndi elədir ki, iki tərəf eyni vəziyyətdə qala bilməz, imkan olmayacaq ki, eyni gücdə çıxış etsin. Deməli, dəyişikliklər gözləniləndir. Bu dəyişikliklər də ilk növbədə Rusiya ilə bağlı olmalıdır”.

Politoloq bildirib ki, sərhədlə bağlı məsələlərin həlli istiqamətində irəliləyiş olmalıdır:

“Bunu çoxları gözləyir. Avropa Birliyi indi problemi öz üzərinə götürür. Avropa İttifaqı vasitəçiliyi ilə aparılan dialoq xeyirlidir, amma imkan verməməliyik ki, burada ancaq Fransanın sözü keçsin. Fransanın mövqeyi bizə o qədər də yaxın deyil. Biz çalışmalıyıq ki, Avropa Birliyi, elə Britaniya da bu prosesdə iştirak etsin. Bu, bizim xeyrimizə olan istiqamətdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər