Ermənistan müdafiə naziri Suren Papikyan dünən Müdafiə Nazirliyinin bölmələrinin komandanlığı tərəfindən separatçı “artsax respublikası” ifadəsini işlədilməsini qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, nazirin yazılı əmri qeyd-şərtsiz icra edilməsi üçün bölmələrə göndərilib.
Əmrdə deyilir ki, “Artsax respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” ifadəsindən istifadə etmək lazımdır”, - qəzet bildirir.