2 Dekabr 08:13
206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın I Dövlət Proqramı çərçivəsində Cəbrayıl şəhərinə növbəti köç karvanı yola düşüb. Köçürülən ailələr daha əvvəl respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Bu mərhələdə Bakı şəhərinin Qaradağ rayonundan 34 ailə, ümumilikdə 129 nəfər Cəbrayıla köçürülüb.

Teleqraf.com xəbər verir ki, doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edərək, bu yolda şəhid olanlara rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxın insan yaşayır. Onların arasında köçkün ailələri ilə yanaşı, bölgədə icra edilən layihələrdə çalışan, dövlət qurumlarının yerli bölmələrində xidmət edən, eləcə də səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən şəxslər də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər