21 Oktyabr 20:22
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunan ərazilərə ikinci səfərim olsa da, Xankəndiyə ilk dəfədir gəlirəm. Hər iki səfərimdə bu torpaqlara qədəm qoyanda şəhidlərimizin ruhunun şad olduğuna əmin oluram, çünki uzun illər işğalda qalan Azərbaycan torpaqları artıq azaddır və bu yerlərə yenidən həyat qayıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a Gürcüstanda yaşayan azərbaycanlı şairə Səadət Abdullayeva söyləyib.

O deyib: “Hər iki səfərimdə azad edilən torpaqlarda canlanma olduğunu gördüm. Bu gün isə Xankəndi şəhərini gəzdik, burada aparılan tikinti-quruculuq işlərini görmək çox xoşdur. Qarabağ Universitetində tələbələrlə söhbət etdim, bu gənclər bizim gələcəyimizdir. Onlarla görüşmək məni çox sevindirdi. Bu yerlərə gələndə vüqarla addımlayıram, çünki Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib və hər yerdə üçrəngli ay-ulduzlu şanlı bayraq dalğalanır. Qarabağa ali təhsilin qayıtması özlüyündə parlaq gələcəkdən xəbər verir. Havası, torpağı, suyu gözəl olan bir diyarda yetişən gənclik gələcəyin alimi, şairi, həkimi, müəllimi olacaq. Arzu edirəm ki, Azərbaycanımız hər zaman belə sevincə qərq olsun”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər