Əsrin Avropa avtomobili, əsl əfsanə, şıq və xarizmatik...söhbət Britaniya avtomobil markası Mini-dən gedir.
Teleqraf.com xəbər verir ki, marka 1963-cü ildə yeni və daha güclü mühərrikli Mini Cooper S modeli istehsal olunduqdan dərhal sonra böyük populyarlıq və azarkeş kütləsi əldə etdi. Bundan sonra avtomobil əsl avtosport əfsanəsinə çevrildi. Mini Cooper 1964 və 1968-ci illərdə Monte-Karloda yerləşən dünyanın ən çətin yollarından birində qalib gəldikdən sonra öz adını daha da möhkəmləndirdi. Markanın avtodünya zirvəsinə yüksəlməsi belə başladı. 1998-ci ildə Mini avtomobil sənayesi tarixində ən uğurlu marka kimi tanındı və "Əsrin Avropa avtomobili" kimi Ginnesin rekordlar kitabına əlavə olundu. Lakin Mini yerində durmaq niyyətində deyil və zamanla ayaqlaşır.
Bu gün Mini - əfsanəvi Britaniya klassikasının müasir performansıdır. Hər zaman diqqət mərkəzində olan rahat, yığcam və manevrli avtomobil şəhər üçün ideal variantdır. Hazırda Britaniya avtomobil brendi Mini BMW Group istehsal şəbəkəsinə tamamilə inteqrasiya etmişdir. Azərbaycanda bütünlükdə BMW AG qrupun yeganə idxalçısı İmprotex Motors-dur. Bura BMW, BMW Motorrad, MINI və Rolls Royce kimi məşhur markalar daxildir.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm