18 May 2017 21:40
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, H.Hacıyev Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri ilə təbii olaraq Azərbaycanın təmas saxladığını deyib: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya erməni İttifaqının üzvləri ilə təmasdadır".

XİN rsəmisi deyib: "Məndə olan məlumata görə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apelyasiya müraciəti müvafiq qayda da baxılacaq və məsələ öz müsbət həllini tapacaq".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər