Teleqraf.com türk mediasına istinadən bildirir ki, Baş Qərargahın hesabatında PKK-ya qarşı, eləcə də Suriyanın şimalında həyata keçirilən əməliyyatlardan bəhs olunur.
Əməliyyatlar əsasən, Hakkari, Şırnak, Siirt, Diyarbəkr, Batman və Tüncelidə həyata keçirilib. Əsas hədəflər isə PKK və İŞİD terrorçuları olub.
PKK terror təşkilatının əsas gəlir mənbəyi olan narkotik istehsalı və qaçaqmalçılığı ilə mübarizə istiqamətində də ciddi addımlar atılıb, yüzlərlə kiloqram narkotik maddə ələ keçirilib. Eləcə də ciddi yoxlama və nəzarət nəticəsində sərhədləri qeyri qanuni keçən 8755 nəfər saxlanılıb.
Baş Qərargahın həyata keçirdiyi əməliyyatlar zamanı7 əsgər şəhid olub, 27 əsgər yaralanıb.