Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə sabah Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Teleqraf.com xatırladır ki, Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev bu ölkədə səfərdədir.
Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.