Azər Qasımlının ReAl Partiyasından istefa verməsinə təəssüf edirəm. Azər Qasımlı ReAl Partiyasının yaranmasında və inkişafında əməyi olan şəxsdir və ona bir daha təşəkkürümü bildirirəm.
Bu fikirləri Teleqraf.com-a ReAl Partiyasının funksioneri Natiq Cəfərli Azər Qasımlının istefasını şərh edərkən deyib.
O, bildirib ki, Azər Qasımlı istefa verməsi barədə emosional danışıb və ümid edir ki, bir müddətdən sonra o, fikrini dəyişərək dostlarının yanına qayıdacaq: “ReAl Partiyası prinsiplər və dəyərlər əsasında yaranıb. Azər Qasımlının istefasına hörmətlə yanaşıram və bu, onun haqqıdır. Ancaq ReAl-da qərarlar bir nəfər tərəfindən deyil, kollegial orqan tərəfindən verilir. Bu mənada Azər Qasımlının təklifi keçməyibsə, onun buna görə istefası da doğru deyildi”.