17 Yanvar 2020 10:31
3 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) yanvarın 8-də İranın İraqdakı Amerika bazarlarına raket zərbələrinin nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, CENTCOM sözçüsü Bill Urban hücum nəticəsində 11 amerikalı hərbçinin yaralandığını, hazırda müalicə edildiyini bildirib.

O, hərbçilərin beyin sarsıntısı keçirdiyini də deyib.

Yaralı hərbçilər Küveyt və Almaniya hərbi bazalarında müalicə olunur. Müalicə prosesi bitdikdən sonra yenidən hərbi bazaya qayıdacaqlar.

İran tərəfi yanvarın 8-də baş verən hücumda 80 ABŞ hərbçisinin həlak olduğunu iddia etsə də, Prezident Donald Tramp bunu yalanlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu