9 May 2020 14:56
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

"May ayının 10-u ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin həyatı Azərbaycanın müasir tarixi kimi zəngin və rəngarəng olub".

Teleqraf.com-un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, müxtəlif siyasi şəraitlərdə Azərbaycana rəhbərlik edən ümummilli lider onun inkişafına müstəsna töhvələr verib, nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının qurucusu kimi tarixi missiyanı həyata keçirib:

"Heydər Əliyev Azərbaycanın təkcə keçmişi deyil, həm də bu günü və gələcəyidir. Onun ideyaları yaşayır, zəngin siyasi və dövlətçilik irsi ölkəmizin inkişafı yoluna işıq salır. Azərbaycan xalqı həmişə, bütün dövrlərdə Heydər Əliyevə böyük hörmət və etimad göstərib. Onun xatirəsinə dərin hörmət və məhəbbət xalqımızın dövlətçilik ənənəsinin vacib tərkib hissəsinə çevrilib. Azərbaycanın dahi tarixi şəxsiyyətləri sırasında Heydər Əliyev ən layiqli yer tutur", o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər