"Azərbaycan növbəti dəfə erməni terroru ilə üz-üzədir. Tarix boyu regionda qanlı hadisələr törətməklə regionda təhlükə mənbəyi olan Ermənistan bu dəfə layiqli cavabını alır və alacaq”.
Bunu Milli Məclisin deputatı Madər Musayev cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, düşmən sivil vətəndaşlara atəş açmaqla bir daha öz çirkin niyyətini ortaya qoymuş oldu: "27 senytabrdan başlayaraq cəbhəyanı ərazilərdə yaşayan sadə vətəndaşlara atəş açan düşmənə Azərbaycan Ordusu layiqli cavablını verir. Hələ bu son deyil. Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Ordumuz Şuşanı, Xankəndini, Kəlbəcəri eləcədə digər işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək. Biz buna inanırıq. Bu gün hər bir kəsin ürəyi Azərbaycan Ordusu ilə döyünür. Vətənpərvərlik hissi, qələbə əzmi olduqca yüksək səviyyədədir. Qarşı tərəfdə isə əsgərlər döyüşmək istəmirlər”.
Millət vəkili qeyd edib ki, həyata keçirilən əməliyyatlara beynəlxalq təşkilatlar öz mövqeyini bildirməli, riyakar, terrorist Ermənistana qarşı sanksiyalar tətbiq edilməli, Ermənistan beynəlxalq hüquq müstəvisində cəzalandırılmalıdır: "Tərtər rayonunda eləcədə digər cəbhəboyu ərazilərdə düşmənin açdığı atəş nəticəsində sivil vətəndaşlarımız şəhid olub. Dövlət əhəmiyyətli inzibati binalara ziyan dəyib. Bütün bunlara beynəlxalq ictimayyət reaksiya verməlidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edir ki, düşmənlə mübarizədə hədəf sivil vətəndaşlar deyil. Ancaq biz bunun qarşı tərəfdə görmürük. Bu baxımdan istər ATƏT, istərsə də digər beynəlxalq institutlar ən qısa zamanda məsələyə münasibət bildirməlidirlər.
Madər Musayev sonda ölkə ictimayyətinə səslənib. Qeyd edib ki, bu gün kimliyindən asılı olmayaraq hər bir kəs birlik nümayiş etdirməlidir. Qeyri-rəsmi məlumatlara inanmaq, onu yaymaq yalnız düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.