19 Aprel 2021 18:14
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz, hələ münaqişədən əvvəl qadağa etmişdik ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi və digərləri Bakının icazəsi olmadan Dağlıq Qarabağda görüşlər keçirmək iqtidarında deyillər. Bakı bunu qadağan etmişdi və buna icazə vermirdi. Əvvəllər belə görüşlər İrəvanda keçirilirdi. Ancaq vəziyyət dəyişilib. Biz heç kimə belə görüşlər üçün icazə vermir. Digər tərəfdən, belə kontakt Azərbaycan Xarici İşlər Nazirliyinin razılığı ilə baş verə bilər. Özbaşına edilibsə, faktiki özünü Azərbaycandan təcrid edib. O, daha bura gəlib danışa bilməz”.

Bu sözləri Teleqraf.com-a deputat Rasim Musabəyov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvanda səfəri zamanı özünü “dağlıq qarabağ respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanla görüşünə reaksiya verərkən bildirib.

Musabəyov bildirib ki, əgər onlar köməklik göstərmək, dəstək olmaq istəyirlərsə, Azərbaycan bunu qəbul etmədiyi təqdirdə heç kəs bir iş görə bilməz:

“Odur ki, diplomat özünü çətin vəziyyətə salıb. O, Gürcüstanda da hökumətin icazəsi ilə gedib Osetiya və Abxaziyada görüşlər keçirə bilər”.

Deputat qeyd edib ki, artıq Azərbaycan xarici diplomatların Xankəndinə getməsinin qarşısını kəsib:

“Bir nəfər belə Ermənistandan ora getməməlidir. Sülhməramlılar da bunu yaxşı bilirlər, bizdən icazəsiz ora heç kimi buraxmırlar. Danışmaq istəyirsənsə, əvvəl gəl Bakıya, sənə qulaq asaq və sonra deyək ki, ora getməyə ehtiyac var, ya yoxdur. Artıq özbaşınalığa imkan yoxdur. Biz, Avropa Birliyinin bu məsələdə özbaşına davranmasına yol verməyəcəyik”.

Politoloq xatırladıb ki, indi ATƏT-in Minsk Qrupunun həmsədrləri sərbəst gediş-gəlişlə əlaqədar bəyanat veriblər:

“Guya özləri marşurutu, kimlə danışmaq lazım olduğunu seçməlidirlər. Elə şey yoxdur. Onlar arzu edirlər ki, istədiyi kimi davransınlar. Əvvəl buna öyrəşmişdilər. Ermənistandan gedirdilər, kimlə istəyirlərsə görüşürdülər. Onlara demişik ki, qurtardı bu məsələ. Onların bəyanat verməyə gücləri çatır, amma ayaq basmağa imkanları yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər